“Sabah”ın futbolçusunun qardaşı “Çelsi”, “Arsenal” və “Sevilya”nın “radar”ında
Niderlandın “Feyenoord” klubunda forma geyinən Orkun Kökcü Avropanın nəhəng klublarının “radar”ına düşüb.
Komanda.az xəbər verir ki, La Liqadan “Sevilya”, “Valensiya” və “Betis”, İngiltərə Premyer Liqasından isə “Çelsi” və “Arsenal” 19 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Sevilya”nın idman direktoru Ramon Monçi Niderlanda gedərək, “Feyenoord”un oyunlarında Orkunu izləyib. Orkun Kökcünün yeni mövsümdən artıq Avropanın “böyük beşlik” çempionatlarına üz tutacağı bildirilir.
Bu mövsüm “Feyenoord”la 32 oyunda iştirak edən Orkun, üç qol vurub. Yarımmüdafiəçi 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Sabah”ın üzvü Ozan Can Kökcünün qardaşıdır. Orkun Kökcünün Türkiyə milli komandasında çıxış edəcəyi gözlənilir.
Bizi Facebook-da izləyin