
“Ayaks” 17 milyon avroluq futbolçu ilə müqaviləni yenilədi
Niderlandın “Ayaks” klubu futbolçusu Edson Alvareslə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, meksikalı müdafiəçiylə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Meksika millisinin də üzvü olan Alvares 2019-cu ilin yayından “Ayaks”da çıxış edir.
24 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 17 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin