“Evdə qələbə qazanmaq vacibdir” – Deşam
Fransa milli komandasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün seçmə mərhələsinin Niderlandla görüşünü (4:0) dəyərləndirib.
Komanda.az TF1-ə istinadən xəbər verir ki, o, qarşıdakı matçlar barədə söz açıb:
“Niderland yığmasının bəzi problemləri olsa da, dünya çempionatından sonra gözəl geri dönüş etməyi bacardıq. Bu, çox yaxşı idi. Evdə qələbə qazanmaq vacibdir. Qarşıda bizi gözləyən daha bir oyun var”.
Fransa millisi hazırda AÇ-2024-ün B qrupunda 3 xalla birinci, Niderland isə 0 xalla sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin