Niderland millisinin üzvü “Mançester Yunayted”dən ayrılır

Niderland millisinin müdafiəçisi Tayrell Malasiya “Mançester Yunayted”dən ayrılaraq İspaniya La Liqasına transfer olmağa yaxınlaşır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya “Elçe” maraq göstərir. “Qırmızı şeytanlar”ın rəhbərliyi Malasiyanı La Liqaya buraxmağa hazırdır.

Niderlandlı oyunçu “Mançester Yunayted”ə 2022-ci ilin yayında qoşulub. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

“Elçe” İspaniya çempionatının yeni mövsümündə iki dəfə heç-heçə edib və hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button