“Fənərbaxça” Niderland millisinin hücumçusunu “qaralayıb”
Niderland millisinin və “Atletiko”nun hücumçusu Memfis Depay yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçisi olduğu “Fənərbaxça” maraqlıdır.
Depay ötən mövsüm İspaniya çempionatında 23 oyunda iştirak edib. O, bu matçlarda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
30 yaşlı forvard hazırda Niderland millisinin heyətində AÇ-2024-də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin