“Xərçəng”dən əziyyət çəkən Van Qal həyatının son 3 ilindən danışdı
“Ayaks”, “Barselona”, “Bayern” və “Mançester Yunayted”in sabiq baş məşqçisi Lui van Qal həyatının son üç ilindən danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis xərçəng xəstəliyindən əziyyət çəkir:
“Mən artıq üç ildir ki, xəstəyəm. Həyat terapiyadan infeksiyaya və növbəti testə keçir. Çətindir, amma öyrəşmişəm. Mən dünya çempionatında belə işləmişəm. Amma bu, sadəcə xəstələnməkdən də asan idi. Çünki çempionat zamanı sən xəstəlik haqqında deyil, məqsəd və iş haqqında düşünürsən”.
Van Qalın son iş yeri 2022-ci ilin dekabrına qədər çalışdırdığı Niderland millisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin