
Van Dayk: “Çox əsəbiyəm”
Niderland millisinin futbolçusu Vircil Van Dayk DÇ-2022-nin seçmə mərhələsində Monteneqroya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, millinin kapitanı, 2:2 hesabıyla bitən oyunu belə şərh edib:
“Nə deyəcəyimi bilmirəm. İkinci hissədə utancverici oyun sərgilədik. Bu gecə DÇ-2022-nin əsas mərhələsinə vəsiqəni təmin etməliydik. Çox əsəbiyəm. Çərşənbə axşamı boş tribunalar qarşısında bu işi tamamlamalıyıq”.
Niderland yığması G qrupunda 20 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin