Niderland millisinin baş məşqçisi o olacaq – Van Qaldan sonra
Futbol üzrə Niderland millisinin Lui van Qaldan sonrakı baş məşqçisi müəyyənləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ronald Kuman yenidən millinin “sükanı arxasına” gətiriləcək. O, yığma komandaya qayıtmaq üçün Niderland Kral Futbol Assosiasiyası ilə razılığa gəlib.
Kuman DÇ-2022-dən – 2023-cü il yanvarın 1-dən millidə fəaliyyətə başlayacaq. Hazırkı baş məşqçi Lui van Qalın sözləşməsi həmin tarixə qədərdir. Van Qal xərçəng xəstəsi olduğu üçün onunla yeni müqavilə imzalanmayacaq.
Ronald Kuman 2018-2020-ci illərdə Niderland millisini çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin