Niderland millisinin 2 futbolçusu Bosniya və Herseqovina ilə matçı buraxacaq
“Liverpul”un müdafiəçisi Vircil van Dayk və “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq 6-cı turda Bosniya və Hersoqovinaya qarşı keçiriləcək UEFA Millətlər Liqasının matçında iştirak etməyəcəklər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland millisinin baş məşqçisi Ronald Kumanın sözlərinə görə, qərar tibbi səbəblərə əsasən qəbul edilib:
“Frenki və Vircil üçün indi komandanın düşərgəsini tərk etmək daha yaxşıdır. Bu qərar tibbi səbəblərlə bağlıdır və əlbəttə ki, oyunçuların maraqları birinci yerdədir”.
Niderland millisi artıq Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Bosniya və Hersoqovina – Niderland matçı noyabrın 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin