Niderland millisində Lui van Qal şoku

Futbol üzrə Niderland millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Norveçlə oyuna baş məşqçisi Lui van Qalsız çıxacaq.

Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, buna təcrübəli mütəxəssisin xəsarət alması səbəb olub.

Belə ki, o, iki gün öncə məşqdən otelə qayıdarkən velosiped qəzası keçirib. Bu üzdən də o, Norveçlə görüşdə texniki zonada yer ala bilməyəcək. Van Qal qarşılaşmanı tribunadan izləyəcək və oyunçularına öz tapşırıqlarını köməkçiləri vasitəsilə çatdıracaq.

Niderland – Norveç matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button