Niderland millisində itki

Niderland millisinin və “İnter”in müdafiəçisi Denzel Dumfris yığma komandaya çağırıldıqdan sonra sıradan çıxan üçüncü oyunçu olub.

Komanda.az xəbər verir ki, bu barədə “vi.nl” portalı məlumat yayıb.

29 yaşlı futbolçunun əvvəl də zədəsi səbəbindən millidəki oyunda iştirakı sual altında idi. İndi isə rəsmi olaraq məlum olub ki, Dumfris komandaya kömək edə bilməyəcək.

Niderland millisi bu gün səfərdə Polşa yığması ilə qarşılaşacaq. Komanda 16 xalla qrup lideridir, Polşa millisi isə 13 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button