Niderland millisinin üzvü “Liverpul” yolunda
Niderland milli komandasının və PSV-nin futbolçusu Donyell Malen karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə İngiltərənin “Liverpul” klubu yaxından maraqlanır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “Liverpul”un Malen üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Malenlə İtaliyadan “Yuventus” və “Milan” da maraqlanır. Lakin A Seriyası klubları hücumçu üçün çox pul ödəmək istəmir.
Malen bu mövsüm PSV ilə 39 oyunda 23 qol vurub. Hücumçu Niderland yığmasında 7 oyunda 1 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin