Robben koronavirusdan danışdı: “Həyat yoldaşım nəfəs almaqda çətinlik çəkirdi”

Niderland milli komandasının və “Bavariya”nın sabiq futbolçusu Aryen Robben koronavirusa yoluxan həyat yoldaşı Bernadyen Elyert haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu, həyat yoldaşının virusa qalib gəldiyini deyib:

“Virusa qalib gəldik. Şükürlər olsun ki, Bernadyen sağalıb, ancaq yaşadıqlarımız əyləncəli deyildi. Həyat yoldaşım nəfəs almaqda çətinlik çəkirdi. Qəribədir, ancaq məndə və uşaqlarda koronavirus testi mənfi çıxdı. Bəlkə də, daha əvvəl xəstəliyə yoluxmuşduq, ancaq bilmədən də sağalmışıq. Əvvəllər insanlar virusu ciddiyə almırdı, lakin məncə, indi vəziyyət belə deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button