Malen Dortmund yolunda
Niderland milli komandasının və PSV-nin futbolçusu Donyell Malen karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu Dortmund “Borussiya”sına keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Malenin artıq “Borussiya” ilə razılaşdığı bildirilib.
Niderlandlı hücumçu Bundesliqa klubu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayacaq.
Malen ötən mövsüm Niderland çempionatında 32 matçda 19 qol vurub. Hücumçunun “transfermarkt”da dəyəri 30 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin