Sneyder qayıtmaq istəyir

Niderland milli komandasının sabiq futbolçusu Uesli Sneyder karyerasını bərpa edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 36 yaşlı keçmiş yarımmüdafiəçi Niderlandın “Utrext” klubu ilə müqavilə imzalaya bilər. Bununla bağlı Erediviziya təmsilçisinin texniki direktoru Cordi Zuidam açıqlama verib:

“Sneyderlə əlaqədəyik, mümkün qayıdışıyla bağlı müzakirələr gedir. Fikirləşməsi üçün zamana ehtiyacı var”.

Sneyder karyerası ərzində “Ayaks”, “Real”, “İnter”, “Qalatasaray”, “Nitsa” və “Əl Qarafa” klublarında çıxış edib. O, 2019-cu ilin avqustunda karyerasını bitirib.

Bir müddət əvvəl Aryen Robben də karyerasını bərpa edərək, Niderlandın “Qroningen” klubuna transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button