Van Persi məşqçiliyə başlayır

Niderland milli komandasının keçmiş futbolçusu Robin van Persi məşqçiliyə başlayır.

Komanda.az xəbər verir ki, sabiq forvard “Feyenoord” klubunda məşqçilik edəcək. Bu barədə Niderland mətbuatı məlumat yayıb. Van Persinin “Feyenoord”da hücumçularla iş üzrə məşqçi olacağı bildirilir.

Robin məhz “Feyenoord”un yetirməsidir. Lakin o, daha çox İngiltərənin “Arsenal” (2004-2012) və “Mançester Yunayted” (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. “Uçan hollandiyalı” ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında Türkiyənin “Fənərbaxça” klubunda forma geyinib. O, qardaş ölkədə 87 oyuna çıxıb, 36 qol vurub.

Van Persi Niderland millisində 102 oyunda iştirak edib və 50 qola sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button