Türkiyə millisinə 3 qol vuran Depay: “Əyləndik”
Niderland milli komandasının futbolçusu Memfis Depay DÇ-2022-nin seçmə mərhələsində Türkiyə yığmasına qalib gəldikləri və üç qol vurduğu oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Depay, 6:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:
“Nəticəyə görə xoşbəxtəm. Özümüzə güvənərək oynadıq. Əslində əyləndik. Daha yaxşı olan tərəf biz idik və oyunu yaxşı nəticələndirdik.
Bizim üçün vacib olan qələbə idi. Bu, böyük bir addım oldu. Qarşıdakı oyunlarda yaxşı fürsətlərimiz olacaq. İnkişafdayıq, davam etmək istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin