AÇ-2020: “Bütün oyunboyu Ukraynadan qat-qat üstün olduğumuzu hiss edirdik”
Niderland milli komandasının futbolçusu Frenki de Yonq AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Ukraynaya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi, 3:2 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Hesabda 2:0 öndəsən və nəzarət səndədir. Artıq heç bir şey olmayacağını düşünürsən və rahatlaşırsan. Sonra qəribə bir şey olur. Beş dəqiqə pis oynayırsan və bu, rəqibin iki qol vurması üçün kifayət edir. Düzdür, indi bunun əhəmiyyəti yoxdur. Çünki oyunu qazanmışıq. Bütün oyunboyu Ukraynadan qat-qat üstün olduğumuzu hiss edirdik.
İki qol vurmaq üçün çox çalışdıq, lakin rəqibə beş dəqiqədə iki qol vurmasına şərait yaratdıq. Oyunda daha diqqətli olmalı idik. Əsas olan qələbədir və biz gərgin oyunda üç xal qazanmağı bacardıq”.
Bizi Facebook-da izləyin