AÇ-2020: “Futbolda belə şeylər olur” – Frenki de Yonq
Niderland milli komandasının futbolçusu Frenki de Yonq AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, de Yonq, 0:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Səbəbini bilmirəm, amma çox yorğun idik. Həqiqətən, qazanmaq istəyirdik. Aramızdakı bəzi oyunçular üçün bəlkə də, karyeralarının ən önəmli oyunu idi.
Yaxşı hazırlaşmışdıq, bütün diqqətimiz oyunda idi. Rəqibimizi yüksək qiymətləndirirdik. Ancaq bəzi şeylər istədiyimiz kimi olmadı. Futbolda belə şeylər olur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin