AÇ-2020: De Bur üçün həyəcan siqnalı
Niderland milli komandasının baş məşqçisi Frank de Bur istefaya göndərilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Niderland Futbol İttifaqının İdarə Heyətinin bəzi üzvlərinin de Burun işindən narazı olduğu bildirilib. De Burun yaxın zamanda millidəki işinə son verilə biləcəyi qeyd olunub.
Niderland yığması AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya uduzaraq, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin