Perişiç Niderland klubuna keçə bilər

PSV tezliklə “Bayern”, “İnter” və “Tottenhem” çıxış etmiş futbolçu ilə güclənə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət hazırda azad agent statusunda olan İvan Perişiçdən gedir.

PSV “Hayduk”dan ayrıldıqdan sonra azad agentə çevrilən 35 yaşlı xorvat futbolçu ilə danışıqlar aparır. Tərəflərin əməkdaşlığın təfərrüatları barədə razılığa nə dərəcədə yaxın olduqları hələlik məlum deyil.

Perişiç Xorvatiya yığmasının qrupdan çıxa bilmədiyi son Avropa çempionatında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button