“Feyenoord” və “Ayaks” ermənini istəyir
Niderlandın “Feyenoord” klubu “Dinamo”nun (Moskva) yarımmüdafiəçisi Arsen Zaxaryanla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Niderland klubunun yay transfer pəncərəsində keçidini rəsmiləşdirmək istədiyi oyunçulardan biridir.
Eyni zamanda, “Ayaks”ın da erməni əsilli rusiyalı oyunçu ilə maraqlandığı bildirilir.
Zaxaryan keçən ilin yayında “Çelsi”yə keçməyə yaxın idi, lakin son danışıqlar uğursuz olmuşdu.
O, 2022/23 mövsümündə Rusiya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 37 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin