Niderland – Azərbaycan oyununun hakimləri məlum olub

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. “Timekeeper” isə niderlandlı Joern Te Kloeze olacaq.

Dekabrın 20-də keçiriləcək Niderland – Azərbaycan görüşü saat 21:30-da başlayacaq. Azərbaycan millisi dekabrın 15-də isə Rumıniyanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button