Nicat Qurbanovun komandası evdə uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qola imza atan Qurbanov bu oyunun iştirak ərizəsində də yer almayıb.

17 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button