Verratti Neymar haqda: “Bir futbolçu getmək istəyirsə, mütləq bunun yolunu tapacaq”

PSJ-nin futbolçusu Marko Verratti klubdan ayrılmaq istəyən Neymarla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, braziliyalı hücumçunun mümkün ayrılığı haqqında danışıb:

“Neymarla danışmaq imkanım olmayıb, amma düşünürəm ki, Amerika kubokunda aldığı ağır zədə səbəbiylə yaşadığı çətin anları geridə qoyub. Onun indiyədək klubdan ayrılmaq istədiyini dediyini eşitməmişəm. Məncə, bir futbolçu getmək istəyirsə, mütləq bunun yolunu tapacaq. Ona görə də, getmək istədiyini deyən futbolçuya klub icazə verməlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button