Neymarla bağlı növbəti qalmaqal: Təcavüzdə ittiham olunur

PSJ-nin braziliyalı futbolçusu Neymar bir qadına təcavüz etməkdə günahlandırılır.

Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən qadın, 27 yaşlı futbolçu tərəfindən təcavüzə uğradığını deyib.

Braziliyada yaşayan qadın, Neymarla “instagram”da tanış olduğunu və futbolçunun dəvəti ilə Parisə getdiyini deyib. Neymarla oteldə görüşdüyünü deyən qadın, futbolçunun sərxoş olduğunu və ona təcavüz etdiyini bildirib.

Qadın, hadisədən bir neçə gün sonra vətəninə qayıtdığını və təhlükəsizliyini qorumaq üçün bir müddət bu haqda danışmadığını deyib.

Neymar PSJ-nin Fransa kubokunun finalında “Renn”ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vurmaqla da diqqət mərkəzinə düşmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button