Neymarın zədəli ayağı – FOTO
PSJ-nin hücumçusu Neymar Fransa çempionatının 24-cü turunda “Lill”lə oyunda (4:3) aldığı zədədən sonra ayağının fotosunu sosial şəbəkədə paylaşıb.
Komanda.az xəbər verir ki, oyundan sonra braziliyalı hücumçuya burxulma diaqnozu qoyulub.
Neymar fotonu “Dəfələrlə” yazısı ilə paylaşıb.
Əvvəllər futbolçu 2022-ci ilin dünya çempionatında da eyni zədəni almışdı.
Neymar 48 saat sonra ikinci tibbi müayinədən keçəcək. “Le Parisien”in məlumatına görə, 31 yaşlı forvard 3 həftə meydana çıxmaya bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin