Rafinya: “Neymar kimi oyunçu boş otura bilməz”
“Barselona”nın futbolçusu Rafinya Dias Neymarın “Əl-Hilal”ı tərk etməsi ilə bağlı fikirlərini açıqlayıb.
32 yaşlı forvard tezliklə Səudiyyə Ərəbistanını tərk edərək, vətəni Braziliyaya qayıda bilər. Onun adı “Santos”la yanaşı hallanır.
Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, Neymar kimi oyunçunun boş oturmamalı oıduğunu bildirib:
“Neymar kimi oyunçu boş otura bilməz. Onun hazırkı klubunda başına gələnlər fiziki hazırlığına mənfi təsir edəcək. Neymarın yüksək səviyyəyə qayıtması həm ona, həm də hər kəsə fayda verəcək”.
“Əl-Hilal” PSJ və “Barselona”nın sabiq forvardını Səudiyyə Ərəbistanı liqasında mövsümün ikinci yarısı üçün qeydiyyatdan keçirməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin