“Neymarın yerində olsaydım, “Barselona”ya qayıtmaq üçün tərəddüd etməzdim”
“Barselona”nın sabiq futbolçusu Dani Alveş açıqlama verib.
Komanda.az “Catalunya Radio”ya istinadən xəbər verir ki, hazırda “San Paulo”nun şərəfini qoruyan braziliyalı futbolçu, Kataloniya klubunun hücumçusu Lionel Messi və keçmiş üzvü Neymarla bağlı danışıb:
“Çalışdığım yeganə məsələ Neymarın “Barselona”ya qayıtmasıdır. “Real”ın ona çox vacib təklifi vardı və Neymara xoşbəxt olmaq istəyirsə, “Barselona”ya gələ biləcəyini dedim. Həmin vaxt onu razılaşdırmışdım. Neymarın yerində olsaydım, “Barselona”ya qayıtmaq üçün tərəddüd etməzdim.
Messi məğlubiyyəti sevməyən futbolçudur. Komanda uduzanda onun əsəbiləşməsi normaldır. O, hər zaman qalib gəlmək istəyir. Lakin gördüyüm qədəriylə, Messi komandadan kifayət qədər dəstək almır. Məncə, o, hər zaman hər şeyi yaxşı edir. Messinin də insan olduğunu unutmamalısız”.
Bizi Facebook-da izləyin