“Neymarın İspaniyaya qayıtmasını istəyərdim” – La Liqanın prezidenti

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, adı “Barselona” və “Real”la yanaşı çəkilən braziliyalı futbolçuyla bağlı danışan Tebas, bunları deyib:

“Əlbəttə, Neymarın yenidən İspaniyaya qayıtmasını istəyərdim. O, öz keyfiyyətləri ilə dünyanın üç ən yaxşı futbolçusundan biridir. Baxmayaraq ki, bu, İspaniya çempionatının keyfiyyətini müəyyənləşdirmir, amma onun qayıtması La Liqa üçün əhəmiyyətli olardı. 10 ay ərzində 20 komanda bir-birinə qarşı mübarizə aparır və bu, hər həftə sonu dünyada və İspaniyada azarkeşlər üçün böyük sevinc yaradır. Neymar kimi futbolçu, onu izləyən ölkələrə La Liqaya baxmaq üçün səbəb verir. Amma o, hətta Kriştiano Ronaldo qədər əhəmiyyətli deyil. Lionel Messi isə La Liqanın mirası olduğu üçün çox vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button