Neymarın vəzifəsi

PSJ-nin hücumçusu Neymar 2022/23 mövsümünə hazırlıq barədə danışıb və DÇ-2022-də uğurlu çıxışın onun üçün vacib olduğunu deyib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, onları çətin mövsüm gözlədiyini bildirib:

“Bizi çətin mövsüm gözləyir, hazırlaşmalıyıq. Amma komandamızın yaxşılaşdığını görürəm. İndi əsas vəzifə Fransa superkuboku uğrunda iyulun 31-də keçiriləcək “Nant”la matça hazırlaşmaqdır. Şəxsən mənim qarşımda Qətərdə keçiriləcək dünya çempionatına ən yaxşı formada hazırlaşmaq vəzifəsi var”.

Braziliya millisi DÇ-2022-də Serbiya, İsveçrə və Kamerunla birlikdə G qrupunda mübarizə aparacaq. Turnir noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button