Neymarın “üsyan”ı – “Bu, tam hörmətsizlikdir”

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Hayfa “Makkabi”si ilə oyundan sonra (3:1) hakimləri tənqid edib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə “tvitter” hesabında yazıb:

“İdmançıya tam hörmətsizlik! Ola bilməz! Sadəcə heç nə etmədiyim üçün sarı vərəqə alıram. Bəs hakim? O, səhv olduğunu belə, demədi! Bu, tam hörmətsizlikdir”.

Neymar qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. 30 yaşlı braziliyalı forvard “Makkabi” ilə oyunda bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button