
“Neymarın üslubunu çox bəyənirəm” – Sabiq futbolçu
“Qızıl top”un keçmiş qalibi, karyerasının böyük hissəsini “Barselona”da keçirən Rivaldo Neymarla bağlı vəziyyətdən danışıb.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu, Neymarın əla oyunçu olduğunu deyib:
“Neymar əla oyunçudur. Onu, üslubunu çox bəyənirəm. Əminəm ki, o, “Santos”da effektiv oynasa və digər oyunçulara rəhbərlik etsə, “Barselona” olmasa belə, Avropanın başqa bir böyük klubuna qayıdacaq”.
Neymarın Kataloniya klubuna qayıda biləcəyi ilə bağlı söz-söhbətlər var idi, ancaq indi bu barədə danışıqlar səngiyib.
Rivaldo 1997-2003-cü illərdə “Barselona”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin