“Neymarın transferini sona çatdırmağa yaxınıq” – “Barselona” rəsmisi
Uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verilib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Xavier Bordas, braziliyalı futbolçunun mümkün transferi ilə bağlı açıqlama verərək, bunları deyib:
“Neymarın transferi üçün hələ ki, razılıq əldə edə bilməmişik. Danışıqlar davam etdirilir. Düşünürəm ki, Neymarın transferini sona çatdırmağa yaxınıq”.
Son olaraq, PSJ-nin Neymarı “Barselona”ya satmaq istəmədiyi və kataloniyalıların təklifindən imtina etdiyi bildirilirdi.
Hücumçuyla “Real”ın da yaxından maraqlandığı deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin