Neymarın sevgilisinin evi qarət edildi

“Əl-Hilal”ın hücumçusu Neymarın sevgilisi Bruna Biankardinin evi cinayətkarların hücumuna məruz qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum edənlər qızıl-zinət əşyaları və bahalı saatlar oğurlayıblar. Onlar Biankardinin valideynlərini bağlayıblar və bir neçə dəfə qızlarının harada olduğunu soruşublar.

Oğurluq edənlərdən biri saxlanılıb, qalanları isə qaçıb.

Neymar oktyabrın 18-də, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpasının altı aydan çox çəkəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button