Neymarın “Real”dan əsas tələbi
PSJ-nin futbolçusu Neymar karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, braziliyalı hücumçu Madrid təmsilçisinin rəhbərliyindən həftəlik 1,3 milyon avro məvacib tələb edib. Bu barədə “The Sun” nəşri məlumat yayıb. “Real” rəhbərliyi bu məbləği ödəməyə razılıq versə, Neymar “kral klubu”na keçəcək.
Hazırda PSJ-də həftəlik 700 min avro qazanan Neymarın Paris təmsilçisiylə 2022-ci ilə qədər müqaviləsi var.
Neymar PSJ-yə “Barselona”dan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin