Neymarın qayıdacağı vaxt məlum olub

“Santos”un hücumçusu Neymar zədəsini sağaltdıqdan sonra məşqlərini intensiv şəkildə davam etdirir.

33 yaşlı futbolçu aprelin 17-də keçirilən Braziliya çempionatının “Atletiko Mineyro” ilə oyununda (2:0) sol bud nahiyəsindən zədə alaraq 34-cü dəqiqədə əvəzlənmişdi.

Komanda.az UOL-a istinadən xəbər verir ki, braziliyalı oyunçu klubun bazasında gündə 11 saata qədər məşq edir. O, həftənin bir neçə günü “iki növbəli rejim”də çalışır. Bərpa prosesi uğurla davam edir və futbolçunun həkim tövsiyələrinə ciddi şəkildə əməl etdiyi bildirilir.

“Santos”un tibbi heyəti Neymarın “heç vaxt bu qədər çox məşq etmədiyini” vurğulayıb. Onun mayın sonu və ya iyunun əvvəlində meydana qayıdacağı gözlənilir.

“Sambaçı”nın “Santos”la hazırkı müqaviləsinin müddəti bu ilin 30 iyun tarixinə qədər qüvvədədir. Yaxın günlərdə tərəflərin yeni sözləşməni müzakirə edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button