Neymarın qarşılaşdığı ən sərt müdafiəçilər
PSJ-nin hücumçusu Neymar indiyə qədər qarşılaşdığı ən sərt müdafiəçilərdən danışıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, braziliyalı futbolçu “Liverpul”dan Vircil van Dayk və “Mançester Yunayted”dən Rafael Varanın adını çəkib:
“Van Daykla mübarizə aparmaq çətindir. O, ağıllı və güclüdür, nə vaxt topa vurmağı və ya rəqibin qarşısını kəsməyə tələsməyi bilir. Bu, hücumçuların işini çətinləşdirir.
Varan da yaxşıdır. O, çox sürətli və mövqeyində yaxşıdır. Varan yüksək səviyyəli futbolçudur. O, demək olar ki, heç vaxt səhv etmir, ona görə də, çox şeyə nail olub”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin