Neymarın məvacibi 50 faiz azaldılır?

Fransa klubları futbolçularının məvacibini azalda bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, klublar, koronavirus pandemiyası səbəbiylə yaranan maddi çətinliyi azaltmaq üçün bu addımı atmağı planlaşdırır. Fransa Peşəkar Futbolçular Federasiyası ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinə futbolçuların məvaciblərinin müvəqqəti azaldılması ilə bağlı təklif göndərib.

İlkin müzakirələrə görə, ayda 10-20 min avroarası qazanan futbolçuların məvacibi 20 faiz, 20-50 min alan futbolçuların məvacibi 30 faiz, 50-100 min qazanan futbolçuların məvacibi 50 faiz azaldılacaq. Bu qərar ayda 10 min avrodan az qazanan futbolçulara şamil edilməyəcək.

Qərar qəbul olunsa, Neymar da daxil olmaqla, Liqa1-in ən yüksək ödənişli futbolçularının məvacibinin yarısı kəsiləcək. Neymar PSJ-də ildə 31,6 milyon avro qazanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button