
Neymarın milliyə dəvət olunmamasının səbəbi bilindi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarın qarşıdakı oyunlar üçün heyətə dəvət olunmamasına aydınlıq gətirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunun texniki qərar olduğunu bildirib:
“Bu, texniki qərardır və fiziki problemlərlə bağlı deyil. Neymarın istedadını heç kim inkar edə bilməz, amma biz ilk növbədə oyunçuların fiziki durumunu qiymətləndiririk. Komandada rəqabət çox böyükdür, heyətə iddia edə biləcək azı 70 futbolçu var”.
Braziliya yığması sentyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Komanda sentyabrın 5-də Çili, 10-da isə Boliviya yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



