“Neymarın gəlişindən sonra “Santos”un azarkeşləri çoxalıb”

“Santos”un prezidenti Marselo Teyşeyra komandanın hücumçusu Neymarın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Braziliya klubunun rəhbəri Neymarın gəlişindən sonra “Santos”un azarkeşlərinin çoxaldığını bildirib:

“Neymarın gəlişindən sonra “Santos”un azarkeşləri çoxalıb. Bütün maliyyə məqsədlərimizə çatacağıq. Hər şey yaxşı olarsa, əməkdaşlığımızı 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər davam etdirəcəyik”.

Neymar bu qış Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq, vətəni Braziliyaya – “Santos”a qayıdıb. Onun yayda “Barselona”ya keçmək üçün Braziliyada forma geyinmək istədiyi bildirilirdi.

33 yaşlı futbolçu bu mövsüm artıq “Santos” forması ilə 6 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button