
Neymarın gələcəyi qeyri-müəyyəndir
Neymarın “Əl-Hilal”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adı tez-tez Səudiyyə Ərəbistanı klubundan ayrılacağı ilə hallanan braziliyalı oyunçunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan yer “İnter Mayami”dir.
“Əl-Hilal” Neymarı çempionat matçlarında iştirak etmək üçün qeydiyyatdan keçirməməyi ciddi şəkildə düşünür. Bu baş verərsə, 32 yaşlı forvard yalnız müqaviləsinin qalan 6 ayında Asiya Çempionlar Liqasında oynaya biləcək.
Neymar “Əl-Hilal”a 2023-cü ilin avqustunda qoşulub və cəmi 7 oyun keçirib. O, çox vaxt zədə səbəbindən komandadan kənarda qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin