Neymarın “Santos”dakı gələcəyi sual altına düşüb

“Santos”un hücumçusu Neymar klubdakı gələcəyi ilə bağlı suala qısa cavab verib. Mövsümün sonunda komandanın ikinci diviziona düşməsi ehtimalı fonunda onun taleyi sual altına düşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun cavabı belə olub:

“Klubla müqaviləni uzadacam? Bilmirəm”.

Neymarın “Santos”la hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq. O, 2024/25 mövsümündə Braziliya təmsilçisinin heyətində 11 oyunda iştirak edib, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button