Neymarın durumuna aydınlıq gəldi
PSJ-də zədəli futbolçu Neymarın durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bu gün komandayla məşqlərə başlayacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbədə, Neymarın 2 həftə komandayla birgə məşqlər edəcəyi, daha sonra isə yenidən tibbi müayinədən keçəcəyi bildirilib.
Neymar yanvarın sonunda, PSJ-nin Fransa kuboku çərçivəsində “Strasburq”la oyununda zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin