“Neymarın “Barselona”ya keçmək istəyi ilə bağlı yazılanlar yalan və ona böyük hörmətsizlikdir”

Neymarın “Barselona”ya qayıtmaq istəyi ilə bağlı mətbuatda məlumatlar yer alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun nümayəndəsi bu xəbərlərə münasibət bildirib:

“Neymarın “Barselona”ya keçmək istəyi ilə bağlı nəşrlərdə yazılanlar yalan və “Əl-Hilala”, eləcə də futbolçunun özünə böyük hörmətsizlikdir. Neymarın klubla etibarlı müqaviləsi var, o, hər şeydən razıdır və tezliklə meydana qayıtmalıdır”.

Neymar ötən yay PSJ-dən “Əl-Hilal”a keçib. O, zədə səbəbindən 2023-cü ilin oktyabrından meydana çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button