“Neymarın “Barselona”ya qayıtmasını çox istəyərdim” – Messi

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi açıqlama verib.

Komanda.az Kataloniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu, PSJ-nin hücumçusu Neymarın transfer məsələsi haqqında danışıb:

“Neymarın “Barselona”ya qayıtmasını çox istəyərdim. Düzü, “Barselona”nın Neymarın transferi üçün hər şeyi edib-etmədiyini deyə bilmərəm. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Klub Neymarın imic haqları və sponsor xərcləri ilə bağlı da güzəştə getdi. Neymardan transferlə bağlı indiyədək heç nə soruşmamışam.

Digər tərəfdən, onu transfer edə bilmədik deyə, xəyal qırıqlığı yaşamadım. Hazırda çox güclü heyətimiz var. Bu heyətlə hər turniri qazanacaq səviyyədəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button