Neymarın atası oğlunun PSJ-yə getməsinin səbəbini açıqladı

“Əl-Hilal”ın hücumçusu Neymarın atası oğlunun vaxtı ilə “Barselona”dan PSJ-yə keçməsinə münasibət bildirib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Neymar da Silva, o vaxt “Barselona”da çətin vəziyyətə düşdüklərini söyləyib:

“PSJ-yə keçmək onun qərarı idi, o, hər şeyi dəyişmək istəyirdi. O vaxt “Barselona”da çətin vəziyyətə düşdük, çünki klub rəhbərliyinin nə düşündüyünü bilmirdik. Belə görünürdü ki, klub Neymarın Lionel Messinin yerini tutmasını istəyir, o, isə bunu istəmirdi. Neymar başqa yerə getməyə qərar verdi. Oğlumun “Barselona”da qalmasını istəyirdim. Son günlərə qədər onun getməsinə mane olmağa çalışırdıq. Lakin o, Messinin mövqeyini tutmaq və “Barsa”nın ən böyük oyunçusu olmaq istəmədiyi üçün getdi”.

PSJ 2017-ci ilin yayında braziliyalı forvard üçün 222 milyon avro ödəmişdi. Onun PSJ-yə transferi rekord qiymət olaraq qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button