Neymarın atası: “Oğlum! İmkanım olsaydı, səninlə yerimi dəyişərdim”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Braziliya millisinin hücumçusu Neymarın atası Neymar da Silva oğlunun zədələnməsinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçunun atası sosial şəbəkə hesabında oğlunun zədəsi ilə bağlı bunları yazıb:

“Onsuz da Allah bilirdi ki, buğdanı samandan ayırmaq lazımdır… Bilmirəm sənə nə deyim, necə təsəlli verim, bu an üçün necə düzgün söz tapım. Oğlum! İmkanım olsaydı, səninlə yerimi dəyişərdim, sənin və bacının xatirinə canımı verərdim ki, necə əziyyət çəkdiyini görməyim. Allah sizə həyatda bir neçə sınaq verib ki, nəhayət, yenidən dirçələcəksiz.

Bu açıq məktub sənin üçün deyil, oğlum, çünki bilməli olduğun hər şeyi sənə artıq söylədim. Mənəvi olaraq bu məktub vacibdir və mən bu sınaqlarda kiminlə mübarizə apardığımızı bilirəm. Allah mənim sənin dostun olmağımı nəzərdə tutub. Bu, bizim qismətimizdir. Bir daha inan, hər zaman etdiyimiz kimi, bundan da üzüağ çıxacağıq. Biz olmamız lazım olan yerdəyik, inan… Ailəmiz, dostlarımız, hazırkı klubun və milli komanda, futbol səni gözləyəcək!”

Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvayla keçirilən oyununun (0:2) birinci yarısının sonunda Neymar Riçarlisonla əvəzlənib. Meydanı tərk etmək üçün ona xərək lazım olub.

31 yaşlı braziliyalının sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button