Neymarın aqibəti necə olacaq?
Neymar Braziliya millisindən uzaqlaşdırıla bilər.
Komanda.az xəbər verir ki, PSJ-nin Fransa kubokunda “Renn”ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vuran Neymarın hərəkəti Braziliyada yaxşı qarşılanmayıb. Ölkə mətbuatı hücumçunun Braziliya yığmasından uzaqlaşdırıla biləcəyini iddia edir. Neymar ən yaxşı halda, kapitanlıq sarğısından məhrum olacaq.
Braziliya millisinin baş məşqçisi Tite bir müddət əvvəl azarkeşlə mübahisə edən Duqlas Kostanı yığmadan uzaqlaşdırmışdı.
“Renn” – PSJ matçının əsas vaxtı 2:2 hesabıyla bitib. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə, qalib penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Renn” qələbə qazanaraq, ölkə kubokuna sahib çıxıb.
PSJ-li futbolçular mükafatlandırma mərasiminə gedərkən, bir azarkeş Neymara “futbol oynamağı öyrən” deyib. Buna qəzəblənən braziliyalı futbolçu, azarkeşi yumruqla vurub və ordan uzaqlaşıb.
Bizi Facebook-da izləyin