
Neymarın agentindən “Barselona”ya çağırış
Neymarın agenti Pini Zahavi “Barselona”nı yay transfer pəncərəsində müştərisini almağa çağırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neymarın təmsilçisi İspaniya klubunda müəyyən nüfuza sahibidir və artıq “Barselona” rəhbərliyi ilə söhbət edib.
“Barselona” isə Santos”la müqaviləsi başa çatdıqdan sonra yayda azad agentə çevriləcək braziliyalı forvardla müqavilə bağlaya biləcəyinə əmin deyil.
33 yaşlı hücumçu 2013-cü ilin yayından 2017-ci ilə kimi kataloniyalıların oyunçusu olub, sonra PSJ-yə keçib. O, ümumilikdə bu komanda ilə 186 oyun keçirib və 105 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin